Azərbaycan hökumətiYaşadırdı bu milləti,Alçaqlar yoxa çıxardıO yurda bağlı dövləti.

Getdi gözəl növrağımız,Qara geydi bayrağımız,Xıncaqlara, daşnaklaraOrtaq oldu torpağımız.

Yasımız bayram edildi,Qəhrəmanlar ram edildi,Azərbaycana can verənOğullar edam edildi.

Külə döndü minlərlə can,Türkülərində həyəcanAzərbaycan türkü dedi:Azərbaycan, Azərbaycan!

Bağlayardı güldəstəsiUzeyirbəyin bəstəsi,Yaxdı milli marşımızıİşğalçılığın xəstəsi.

Minüzlülər satıldılar,Min çirkaba qatıldılar,Ulusun düşmənlərininQucağına atıldılar!

Dağlar başı duman oldu,Nə yardım, nə aman oldu,Qəhrəmanlar güllələndi,Satqınlar qəhrəman oldu.

Düşmənlərə səs verdilər,Dostlara məhbus verdilər,Cılız əqidələriyləYurddaşlara dərs verdilər.

Yox idi mərdi onların,Nə idi dərdi onların?!Ağalarının əliyləHəpsi gəbərdi onların.

Lənətlərik xainləri,Düşündükcə o günləri,Nə məsləkləri bizimdi,Nə dilləri, nə dinləri.

O çağlar gəlincə yada,Ulusum gəlir fəryada,Yaşayacaq bu dünyadaMəmməd Əmin Rəsulzadə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən