Kim ki, eylərsə libasini mübəddəl kəfənə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Kim ki, eylərsə libasini mübəddəl kəfənə,Deyirəm: "Çəng vurub daməni-"Hübb ül-Vətən"ə.
Vətənə, ey Vətən övladi, himayət günüdür,Toplaşun düşməni dəf etməyə hər əncümənə.
Salınız nərəvü təkbir ilə dünyayaə şərər,Nəhydir Şəridə kim, rəhm eləmək rahzənə.
Çalınız səngdil ədu başına xəncəri-tiz,Bəlkə bu hübb ilə təlim edəlim Kuhkənə.
Dəmi-hümmət, dəmi-qeyrət, dəmi-fürsətdi bu gün,Rəsmi-mərdanəliyi göstərəlim mərdü zənə.
Kişiyə cəng günü vahimə şayəstə degil,Kişinin qani gərək rəng verə pirahənə.
Qövmi-Yəcucə tərəf səddi-Skəndər kimi dur,Göz yaşı tökmə, həya qıl, kömək ol səfşikənə.
Bağiban ol, Vətənin bağinə dirlik suyu ver,Əsməyə badi-xəzan bəlkə bu səhni-çəmənə.
Qəflət uyğusuna getməklə xəta etmə, sakın,Qoyma gəlsin o həbəşzadəni mülki-Xütənə.
Vətəni, şəkkəri-ey Xosrovi-Şirinsüxənim,Vermə, Allahımızın eşqinə, zağü zəğənə.
Kim ki, bilməzsə Vətən Yusifinin qiymətini,Misli-Yaqub düşər axıri beyt ül-həzənə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ürəfa bəzminin ey Seyyidi-şirinsüxəni,Yaz bu əşari, düşə bəlkə, dəhəndən-dəhənə.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-kim-ki-eylerse-libasini-mubeddel-kefene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır,Salan bu rəngə məni çeşmi-xunfəşanımdır.
Hər dəm ki, meydən ol büti-tənnaz məst olurHər dəm ki, meydən ol büti-tənnaz məst olur,Dərdi-təğafül ilə könüllər şikəst olur.
Demək hali-dili-zarı o gülrüxsarə müşküldürDemək hali-dili-zarı o gülrüxsarə müşküldür,Məbadə inciyə qəlbi, bu dərdə çarə müşküldür.
Göstərir məscidi zahid ki, bu iyman yoludurGöstərir məscidi zahid ki, bu iyman yoludur,Bunu da bil ki, könül, meykədə ürfan yoludur.
Başqa şairlərin şeirləri · Vətən
Tövqif edilmişdi mağıl Gəncə siyezdi,Olmuşduq əcəb biz dəxi rahət, uçitellər!
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
ای آفتاب روی ترا ماه مشتریجانش مباد، هرکه کند از تو دل بری
Sizə uğurlar dedimMən sizi ürəyimin başında gəzdirmişəm,Mən sizə ürəyimin atəşini vermişəm.