Demək hali-dili-zarı o gülrüxsarə müşküldür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Demək hali-dili-zarı o gülrüxsarə müşküldür,Məbadə inciyə qəlbi, bu dərdə çarə müşküldür.
Desəm yar öldürür, dərdim deməzsəm dərdi-pinhani,Əlaci-çareyi-dərdi-dili-sədparə müşküldür.
Əgər bürqə üzarə salmasan, ey çeşmeyi-xurşid,Şüai-arizindən hüsnüvə nəzzarə müşküldür.
Ümidi-Kəbeyi-didarın ilə olmuş avarə,Yetişməzsə əgər dil dövləti-didarə, müşküldür.
Sirişkim meyli-kuyin eyləmiş, verməz rəqibim yol,Məxuf olsa əgər yollar, güzər zəvvarə müşküldür.
Rəqiba, şöleyi-nari-fərağından hərasım yox,Təsəvvür etmə kim, pərvanə yanmaq narə müşküldür.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qəmi-dildarı pinhan saxla dildə candan, ey SeyyidKi, məhrəm eyləmək biganəni əsrarə müşküldür.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-demek-hali-dili-zari-o-gulruxsare-muskuldur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstəsən ey mələkül-movt ki, canım alasan.Get, mənə surəti-yarımda nümayan ol, gəl.
Həmdəmi-yar əgər fəriştə olaHəmdəmi-yar əgər fəriştə ola,Aşiqi-zarı bədgüman eylər.
Əgər vüsalüvi həq xəlqə qismət etsəydiƏgər vüsalüvi həq xəlqə qismət etsəydi,Ümid kimsənə tutmazdı baği-rizvanə.
Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdıÇəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı,Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?!