Hər dəm ki, meydən ol büti-tənnaz məst olur,Dərdi-təğafül ilə könüllər şikəst olur.

Gər mey bu isə, saqisi ol qarə gözlü yar,Zahid satıb əmaməsini, meypərəst olur.

Aşiq degil əgər üzüvə gün, nədəndi bəs,Hər gün düşüb ayağuvun altında pəst olur?

Bu qarə zülfü kakili-mişkin ki, səndə var,Gər Cəbrəil görsə onu paybəst olur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid kimi cahanda ayılmaz xumardən,Hər kim ki, məsti-badeyi-cami-ələst olur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq