Bir gün atlandı Heydərü Səfdər,Sağda Siddiq, sol yanında Ömər.Qaməti-Mürtəza idi kutah,Çün uzun ol iki vəliyullah.Bu sözü Heydərə səmahətləDedilər xəndəvü zərafətlə:“Əntə fi beynina kənuni-ləna.

**Qalə in ləm əkun fəəntüm la”?Oldular bu cəvabdən xəndan,Dedilər: – Ya Əli, deyil böhtan;Çünki Əhmədlə nuri-vahidsən,Etdiyin iddəayə şahidsən.Olmasaydın sən, ey sülaleyi-pak,Xəlq olunmazdı ərz ilə əflak.Baisi-cümlə masivasən sən,Şəmsi-həq, nuri-övliyasən sən.Bir günüm sənsiz olmasın, davər,Olmasaydın həlak olurdu Ömər.Ey oğul, bil ki, övliyayi-xudaEyləyiblər zərafəti-ziba.Hər o söhbət ki, yoxdur onda nəmək,Söyləyənçün vəbaldır bişək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri