Bir gecə Yəsrib içrə ali-əbaBir təbəqdə yeyirdilər xurma.Nə yedisə rəsuli-aləmiyan,Töxmini birbəbir onun pünhanQoydu şiri-xuda qabağında,Zikr olundu bu söz dodağında:Ya Əli, zahir oldu indi ki, sən –Xurmanı hamıdan füzun yemisən.Gör, qabağımda töxmi-xurma yox,Var qabağında hamımızdan çox.Dedi Heydər: – Sən, ey səxa kanı,Udmusan töxmi ilə xurmanı.Bu sözə güldü cümlə ali-əba,Mərhəba söylədi rəsuli-xuda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq