Dedi bir gün rəsuli-dəryadil,Qocalar cənnətə deyil daxil.Cənnət əhli olur təmami cəvan,Qədi-mövzunu rəşki-sərvi-rəvan.Bir qarı övrət eylədi fəryad –Ki, nədir cürmüm, ey fəriştə-nəhad?!Sənə kim, mən gətirmişəm iman,Etiqadımda yox mənim nöqsan.Qaimül-leylü saimüd-dəhrəm,Ay kimi bunda şöhreyi-şəhrəm.Çəkdi fəryad, eylədi nalə,Müstəfa xəndə qıldı bu halə.Dedi peyğəmbəri-sütudə-şiyəm,Bilmədin, ey əcuzə, eyləmə qəm!Qocanı döndərib cavan eylər,Sonra həq daxili-cinan eylər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri