Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var,Zülfi-siyahı tək o gülün piçü tabı var.

Hərçənd hüsnə yazdı qəzəl kilki-süni-xət,Amma rümuzi-nazə hələ yüz kitabı var.

Gəldi xəti əgərçi üzə xari-xüşk tək,Gülbərgi-tərdi ləli, hələ abü tabı var.

Bu şərmdən ki, dil – üzün ayinədir – demiş,Simab kimi lərzə edər, iztirabı var.

Yadi-ləbi-nigarım ilə vurduğuna lafOldu həram badə, dilin ictinabı var.

Rəncidə eyləyib gülü bülbül fəğan ilə,Başın çəkib qanadına, güldən hicabı var.

Bülbül, keçirmə bağdə qəflətlə ömrüvü,Gül açılıbdı, getmək üçün çox şitabı var.

Məqtə — şairin təxəllüsü olan son beyt. Hərdəm ölür görəndə rəqib ilə yarını,Öldürsə Seyyidi o şahə çox səvabı var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq