Ta düşdü dillərə qəmi-eşqin hekayəti,Divanəlikdə tutdu sözüm hər vilayəti.

Düşdüm o növ dillərə divanəlikdə kim,Mənsux olundu dəhrdə Məcnun rəvayəti.

Eşq əvvəlində sərkəş olur ta zəbun edə,Səbr et ki, vəsli-yardır anın nihayəti.

Çoxdan məni edərdi zəbun qüssə, saqiya,Gər olmasaydı piri-müğanın inayəti.

Məndən ziyadə şəkvə edər ol dəxi mənə,Səndən kimə edərsəm, a zalım, şikayəti.

Bica üzün qaralmadı xətti-siyahdən,Üşşaq ahının budur, ey sərv, ayəti.

Məqtə — şairin təxəllüsü olan son beyt. Zülfündə gizlənib üzüvə yetdi, aqibətKüfr içrə tapdı Seyyid o nuri-hidayəti.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq