Loğmanın vəqəsi
Dörd min il ömr eylədi Loğman,Oldu ol vəqt ömrü kim, payan,Lifi-xurmaydı səqfü bamı onun,Keçib ol evdə sübhü şamı onun.Onda hər dəm ki, yatmağa uzanır,Bədəni nisfdən eşikdə qalır.Mələkül-mövt gəldi verdi salam,Gördü bir evdə eyləyibdi məqam,Əyləşibdir o evdə pirü əlil,Rizq təhsilinə toxur zənbil.Dedi Əzrail: – Ey hünərzadə,Bu qədər etdin ömr dünyadə,Niyə bir xanə etmədin təmir?
**Dedi: – Haza li mən yəmutü kəsir.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-logmanin-veqesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey oğul, xəlqə söyləmə böhtan,Yaxşıya yaxşı ol, yamanə yaman.
İrəvan taciriBir nəfər irəvanlı bazərgan,Hacitərxanə pənbə etdi rəvan.
Misal (Bir nəfər əhli-hal edibdi sual)Bir nəfər əhli-hal edibdi sualMürtəzadən ki, ey sipehri-kəmal,
Nəsihət (Ey oğul, sanma əhli-elmi zəif)Ey oğul, sanma əhli-elmi zəif,Bil bu elmi-nücumi elmi-şərif.