Nəsihət (Ey oğul, sanma əhli-elmi zəif)
Ey oğul, sanma əhli-elmi zəif,Bil bu elmi-nücumi elmi-şərif.Bunu quran ki, eyləməz inkar,Neçə ayatdən olur izhar.Vardı bir gün ki, ey düri-yekta,Söyləyib nəhs müstəmirr xuda.Nəql edirlər ki, şahi-ərşcənab
**Dedi: – “Külli münəccimün kəzzab”.Bir xəbərdir ki, ey fəqirü zəbun,Sidqü kizbə var ehtimali bunun.Xud tutaq kim, səhihdir bu xəbər,Ona var leyk məniyi-digər.Dürri-təvilə olgilən qəvvas,Çünki hər amə vardı məniyi-xas.Zənndir çünki hökmi-elmi-nücum,Bəs deyildir həqiqəti məlum.Bəzi işdə münəccim etsə xəta,Bu deyildir həqiqət eyb ona.Leyk var bəzi hökmünün əsəri,Mehrü mahın tutulmağı xəbəri,Dəxi bir parə əmrü ehkami,Rastdır yazdığı sərəncami.Var Sədü Ütaridin şərəfi,Bil Hübuti-Zühəldə nəhsü xəfi,Müştəri baisi-səadətdir,Zühəlin hər işi nühusətdir.Hər nə kim, xubü bəd olur hadis,Ona Mərrix olur həmin bais.Müxtəsər, hər nə vardı kövkəblərVardır hər birində türfə əsər.Hamısı izni-kirdigar iləNə ki təsiri-ixtiyar ilə.Bular əsbabi-qüdrəti-həqdir,Şər ilə həm bu söz mühəqqəqdir.Bu şərif elmi Həzrəti-İdrisXəlqə hikmətlə eyləyib tədris.Bil ki, mirasi-ənbiyadır bu,Ey oğul, elmi-övliyadır bu.Necə kim, bu hekayət, ey zifənn,Sənə bu mətləbi edər rövşən.Olma qevli-münəccimə gümrah,Bil ki, kimdir nücumdən agah.Bil ki, sərxeyli-əsfiya kimdir,Vaqifi-sirri-masiva kimdir.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-nesihet-ey-ogul-sanma-ehli-elmi-zeif
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Meyxanə tərəf saqi, amandır, güzər eylə,Tez gəl, bir ayağ ilə dəmağimi tər eylə.
Ey gözün eyni-xuda, “nuni-qələm” qaş sənəEy gözün eyni-xuda, “nuni-qələm” qaş sənə,Verdi öz surətini nəqşdə nəqqaş sənə.
Vaiz, demə kim, zail edər əqli piyaləVaiz, demə kim, zail edər əqli piyalə,Billah ki, piyalə gətirir mərdi kəmalə.
Mənə mehman idi ol sərvi-xuraman bu gecəMənə mehman idi ol sərvi-xuraman bu gecə,Məhfilim olmuş idi rəşki-gülüstan bu gecə.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
AğlayırQasid, tezcə yardan gətir bir xəbər,Ol gülü-xəndanım neçün ağlayır?
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
QadınQadın! Ey sevgili həmşirə, oyan!Ana! Ey nazlı qadın, qalx! Uyuyan