Ey gözün eyni-xuda, “nuni-qələm” qaş sənə,Verdi öz surətini nəqşdə nəqqaş sənə.

Sənsən ol padşəhi-məsnədi-izzət kim, olubRüsüli-sabiqə, yol açmağa fərraş sənə.

Səcdeyi-Adəmə zahirdə olundu təklif,Endirib aləmi-batində mələk baş sənə.

Xilqəti-xüşkü tərə oldu vücudun bais,Bəndə-fərmandı bu gün hər quru, hər yaş sənə.

Səngrizə dil açıb oldu güvahi-halın,Nərm olunsa nə əcəb hər cigəri daş sənə.

Şəbi-meracdə getdin, sənəma, bir yol kim,Cəbrəil olmadı getməkligə yoldaş sənə.

Ərzi-halımdı sənə suzi-dili-zarımdanGözlərimdən tökülüb qanlı axan yaş sənə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid ol gül ki, olub zairi-xaki-hərəmin,Canını bəzl qılaydı o gün, ey kaş, sənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri