Vaiz, demə kim, zail edər əqli piyalə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Vaiz, demə kim, zail edər əqli piyalə,Billah ki, piyalə gətirir mərdi kəmalə.
Sən özgə günah eyləmə, iç badeyi-gülgun,Ondan nə günah olsa, mənə eylə həvalə.
Mən müctəhidi-əsr, cahan əhli müqəllid,Təcviz-meyi-nabə yazıldı bu risalə.
Xətdirmi tutan dövri-rüxi-dilbəri, ya kim,Müşk ilə çəkildi genə ay dövrünə halə.
Nazikdi gül, əmma hanı güldə bu lətafət,Ey “səlli əla ali-Məhəmməd” bu cəmalə.
Əhd eyləmişəm, könlümü zülfündən alan gün,Qurban eləyim guşeyi-çeşmindəki xalə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, dəhəni-yardən etmə bu qədər bəhs,Yoxdan nə danışmaq, nə düşürsən belə qalə.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-vaiz-deme-kim-zail-eder-eqli-piyale
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz,Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.
Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?Mürdələr zində qılan kimdi Məsihadən əvəz?
Halımı bil, ey səba, etməgə cananə ərz.Halımı bil, ey səba, etməgə cananə ərz.Bülbüli-bidil qəmin eylə gülüstanə ərz.
Gəldi bahar, gəlmədi ol gülüzarımızGəldi bahar, gəlmədi ol gülüzarımız,Ya rəb, görüm xəzanə dönə novbaharımız.