Gəldi bahar, gəlmədi ol gülüzarımız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gəldi bahar, gəlmədi ol gülüzarımız,Ya rəb, görüm xəzanə dönə novbaharımız.
Saldı arayə təfriqə gülçini-ruzigar,Ol gül yanında qalmadı bir etibarımız.
Gül-gül dəyib sirişki-tərim, çeşmi-xunfəşan,Ey sərv, laləzarə dönübdür kənarımız.
Zənnim budur ki, həşrdə şahini sındıra,Səncidə olsa əcri-şəbi-intizarımız.
Biz bir qətar naqələrik dəşti-eşqdə,Lakin düşübdü nakəs əlinə məharımız.
Derlər ki, vermə ol məhi-bimehrə ixtiyar,Eylə bilillər əldə qalıb ixtiyarımız.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gördü o tari-türreyi-pürpiçü pürxəmi,Seyyid, kəməndə düşdü dili-biqərarımız.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-geldi-bahar-gelmedi-ol-guluzarimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu günkü bəzmdə cami-şərabımız yoxdur,Qara olub günümüz, afitabımız yoxdur.
Məni gədalığa ol yari-pürsitiz istərMəni gədalığa ol yari-pürsitiz istər,Həzar şükr ki, yarım məni əziz istər.
Hər aşiqin ki, sən kimi bir gülyanağı varHər aşiqin ki, sən kimi bir gülyanağı var,Lalə kimi, əyandı ki, köksündə dağı var.
Sövdalərə düşdüm, dedim: allah kərimdirSövdalərə düşdüm, dedim: allah kərimdir,Gər yandım, alışdım, dedim: allah kərimdir.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,