Baği-aləmdə mənə bir güli-rənadı qərəz,Bir qədi sərv, üzü laleyi-həmradı qərəz.

Əhədü Əhmədü Məhmudü Əbülqasimdən,Zahirən ismdi, amma ki, müsəmmadı qərəz.

Ey könül, cilvəgəhi-dustdü səcdəgəhimiz,Kəbəvü deyrü nə məscid, nə kəlisadı qərəz.

Surəti-zahirə hərçənd ki, var rəğbətimiz,Leyk əlfaz oxumaqdan bizə mənadı qərəz.

Bülbül istər gülü, pərvanə sevər şəmi, vəliBizə nə şəm, nə ey dil, güli-rənadı qərəz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xəlqi-insanda nə surət, nə həyula, Seyyid,Nükteyi-müxtəfiyi-sirri-süveydadı qərəz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar