Mənə hicrində o növ ilə degil surəti-hal
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mənə hicrində o növ ilə degil surəti-halKi, sual etsən ola qüvveyi-təqrirə məcal.
Gər ölən vəqt sənin adını zikr eyləməsəm,Gəlməsin kəlmeyi-tovhida dilim, ey güli-al!
Nəfəsim qətdir, ayineyi-rüxsarüvi tut,Ta müşəxxəs ola, ey gül, sənə keyfiyyəti-hal.
Ey deyən, bal deməklə ağız olmaz şirin;Niyə bəs zikri-ləbiylə mənə var ləzzəti-bal.
Sənəma, xali-tərindirmi zənəxdanında,Ya, durubdur tərəfi-çeşmeyi-Zəmzəmdə Bilal?
Bilməz ol tifl hələ şiveyi-məşuqəligi,Şiri-madər təki qanını bilir, leyk, həlal.
Katibi-sün çəkər tərhi-qaşın peyvəstə,Ya hər ay başı düşər çərxə qaşından bu misal?
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, çəkmə əbəs bari-əmanət qəmini,Çək əyağ, iç meyi-gülfamı, degilsən həmmal.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-mene-hicrinde-o-nov-ile-degil-sureti-hal
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, oxudum nəqli-Əbu-Qəbşanı,Taifdə Qusəylə etdigi sövdanı.
Söz yox ki, Gülüstani-İrəmdir QudyalSöz yox ki, Gülüstani-İrəmdir Qudyal,Ahuləri ram olan hərəmdir Qudyal.
Bir gecə Əbu Ləhəb tapıb Kəbəyə əlBir gecə Əbu Ləhəb tapıb Kəbəyə əl,Ahuyi-tilanı sirqəd etdi o dəğəl,
Xaki-Nəcəfi-Əşrəfə oldum vasilXaki-Nəcəfi-Əşrəfə oldum vasil,Səd şükr xudayə, feyz aldım kamil,
Başqa şairlərin şeirləri · İlahi eşq
Ey xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Təsəlli— Abdulla:Çıxdı əlimiz ata-anadan