Gülşənlər içrə gər açıla səd həzar gül,Sənsiz, gülüm, gəlir gözümə nişi-xar gül.

Sənsiz, təsəvvür etmə, gedim seyri-bağə mən,Səhni-çəməndə gər açıla hər bahar gül.

Döndərdi bülbülün ürəgin qanə, aqibətÖz tutduğu işindən olub şərmsar gül.

Gər kəsməsəydi bülbüli-zarın qərarını,Olmazdı aqibət özü həm biqərar gül.

Aşiq çəkərdi gülşənə müjgan ilə həsar,Gər göstərəydi bülbülə bir etibar gül.

Gör zülm payəsin ki, şəhi-müstəqil ikən,Təxtindən oldu beş gün içində kənar gül.

Bir gülüzar toprağıdır kim, nümüvv edərHər xakdən ki, çöhrə qılır aşkar gül.

Məqtə — şairin təxəllüsü olan son beyt. Zülfü rüxün xəyalı ilə zövqlər edər,Həmdəm olubdu Seyyidə leylü nahar gül.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq