Nə bu gün bağdə yarım, nə meyim var mənim,Seyri-gülzardə bihudə nəyim var mənim?

Sizi tari yetirin piri-xərabətə məniKi, bu gün saqi əlindən gileyim var mənim.

Mənə məcuni-meyi-ləli dəvadır, saqi,Ki qəmi-hicr ilə cismimdə keyim var mənim.

Can sənin, cism sənin, əmr sənin, fel sənin,Cümlə sənsən, bu arada nə şeyim var mənim?

Məqtə — şairin təxəllüsü olan son beyt. Məni Seyyid təki çək guşeyi-meyxanələrə;Artırır qəm dəxi məsciddə nəyim var mənim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana