Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam,Hər sözdə bir dilim tutulub, natəvan olam.

Ta sənsiz özgələr üzünü görməsin gözüm,Gözlərdən istərəm dəhənin tək nihan olam.

Guya qəfəsdə bülbül olur zağə həmnəfəs –Sənsiz əgər ki, həmdəmi-huri-cinan olam.

Bir zəxm urub ötüşmə səni tari, ey sənəm,Qorxum budur bu zərbət ilə nimcan olam.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ya rəb, nəsib qıl mənə Seyyid tək ol günü –Kim, növki-tiri-qəmzeyi-yarə nişan olam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri