Gülşən yapdım, güllərini yel aldı,Bir tək qönçəsini dərmədim, a dost!Bir bağça saldırdım, gəldi sel aldı,Bircə meyvəsini görmədim, a dost!

Dosta bel bağladım, tuzağa düşdüm,Cananə can dedim, uzağa düşdüm,Əfsunlanmış qızıl bir ağa düşdüm,Birlik diləyinə ermədim, a dost!

Mən baxarkən o sevdiyim Doğuya,Sən ortaq ol bu içdiyim ağuya,Orda bir gəlin var, qaldı yağıya,Onu bir doyunca sarmadım, a dost!

Bu çarpan qəlb onun, bu tək can onun,Damarlarımdakı axan qan onun,Könlümü coşduran bu iman onun,Mən özgəyə könül vermədim, a dost…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq