Çiçəkli qoynunda bir bağça tikdim,Suvara-suvara göz yaşı tökdüm,Gecə-gündüz əməyini mən çəkdim,Yoldu meyvəsini yellər, a dağlar!..

Nədən küskün yaxandakı bülbüllər,Harda mana layla çalan o dillər?..Mən səslənsəm: ellər, ellər, ay ellər,Əksi-səda gəlir: “ellər...”, a dağlar!..

Söylə, nədən səs verməyir Xəzərim,Mən ki, onun hər dərdini yazarım,Sürgün olub uğrunda həp gəzərim,Qismətim bu uzun yollar, a dağlar...

Söylə nədən dəli Kürüm çağlamaz,İçdən coşub öz gününə ağlamaz,Göy Muğanım nədən yaşıl bağlamaz,Dərdlimidir o Göy göllər, a dağlar?..

Söylə, Şahdağlarım nədən yaslıdır?Köksündəki qılınc, qalxan paslıdır?Şairlərin nədən həzin səslidir,Qərib sazda qırıq tellər, a dağlar?..

A dağlar, a dağlar, söylə, a dağlar,Olurmu aşnalıq böylə, a dağlar?..Yaman günüm yaxşı eylə, a dağlar,Sana qurban bu könüllər, a dağlar...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar