Ləzgi ellərində
Gülşən üçün
Mən ömrümdə görməmişdim ləzgilərin elini,Durmamışdım uca, qarlı dağların dik başında.Şarabanla keçməmişdim coşğun çayın selini,Çapmamışdım at üstündə Şalbuz dağın döşündə.Dün mənə bir qoca ləzgi bir hekayət söylədi,Bu ellərin dilə gəlməz ən həqiqi şanından.Qartalların ölkəsindən min bir misal dinlədim,Sönməyən bir atəş duydum coşğun ləzgi qanından.Köhnə dünya bu yerlərdən atıb getmiş kürkünü,Bağrı yanıq minarələr son mahnını bəstələr,Hətta qoca ləzgi atmış xəncərini, börkünü,Bu dağlardan ötüb gələr al ləçəkli dəstələr.Yalnız mənim sevgilimin mahnısını dinləyir,Bu yerlərdə köhnə həyat can çəkişir, inləyir.Coşğun çatlar aşıb-daşır, torpaqlra qan verir,Uca dağlar diyarına inci səpər, can verir,Gözəl bulaq tel-tel olur göy çəmənlər içində,Traktorlar bəzənirkən yasəmənlər içində.Seyr edincə dağ döşündə o dilrüba Axtını,Damarında sevdalı bir şair qanı qaynadı.Mən o yerdə buldum yalnız qəlbimin şən baxtını,Gənclik eşqi canlananda könül tel-tel oynadı.Adlayınca dərələrdən, təpələrdən at üstdə,Mən o gündən bu yerlərdə başqa bir hal görmüşəm.Səhər, axşam göz yetirib bu ixtiyar dağlara,Şən, bəxtiyar dağlara,Zəncirləyib ürəyimi bu ellərə vermişəm.Onunçundur könül sevir aşıb-daşıb, coşmağı,Qarlı dağlar aşmağı…
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-lezgi-ellerinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zamanlar Puşkinin dindirib ələmini,Ona mənfa yerində gözəl bir cənnət oldun.
Qafqaz dağlarınaÜlküdaşım Leylaya*Qanadım yox, uçub gəlsəm yaxana,
Qalx, sevgilimQalx, sevgilim, qalx da məni yola vur,Gec gəlinsə yurd başına çökəcək…
QorkiyəSən, daşqın dənizlərin qayalarla çarpışan,Yİldırımlar söndürən dalğasından yarandın.
Başqa şairlərin şeirləri
Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Bilin sizZiyadlı elləri, çox salamım var,Oxuyub eşidin hamı, bilin siz.
Nerdəsən gəl, ey yüzü ağım bənimNecəsən gəl, ey yüzü ağım bənim?Sən əritdin odlara yağım bənim.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,