"Qızıl kölələr" dünyasına
Hürr insanlıq hayqırdı: Qəhr olsun zülm, qorxu, kin.Verdi milyonlar qurban… Bəs yenə bu qorxu nə?Millətləri qızıl bir oraqla biçmək üçünXortlayan barbarlığın əskisindən farkı nə?
Dünya yenə tərsinə dönər, sərxoşmu bilməm,Qanlı badirələrlə əylənmək xoşmu bilməm,Bunca çəkilmiş əmək bihudə, boşmu bilməm,Müztərib dodaqlarda bu bitməyən şarkı nə?
Harda təhəkküm, zülüm, milyonluq əsir insan,Harda təqiblər, sürgün, top-tüfəng, ölüm və qan?Qaldır dəmir pərdəni, hökmünü versin cahan,Lənət qızıl dünyanın kölələr cənnətinə!
Aç, göstər hər guşəni, hər kəsi var, kəsi yox,Mən bilirəm ki, orda uçan quşun səsi yox,Hürriyyətmi deyirsən? Yalan… Onun əksi yox,Milyonu beş paradır orda gəmigin, ətin…
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-qizil-koleler-dunyasina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Mən Krımın sahilini
Gənclərə ümidim varSən istərsən qəlbimi parçala, qır, çeynə, əz,Mənim yenə bu yolda tükənməz bir canım var!
Gölcüklə həsbi-halDalğın mavi göz kimi dərd andıran dalğalar,Coşduqca könül coşar, durma, amandır, Gölcük!
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.
Başqa şairlərin şeirləri
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
OlmazGəlində zühura nuri-təcəlla,Camalın tək münəvvər olmaz
Şəmaxi şəhri yeksər oldu viranŞəmaxi şəhri yeksər oldu viran,Edər hər guşədə bayquşlar əfqan.
Ürəyə açılan atəşO qansız əlini yuyanda qanlaİlk gecə sübhədək keçirdi əzab.