Gözəl yurd
Qafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.Dağlar beşiyim, geydiyi qarlar kəfənimdir,Illərlə, əsrlərlə sürünsəm də yasında,Ən sonda o, mütləq ki, mənimdir, o mənimdir!Qafqas… O yaşıl yurd, o müəbbəd vətənimdir…Qafqas… Onu mən görmədən ölsəm, ona dairQəbrimdə yazılsın iki misra bu kitabə:"Aşiqdi gözəl yurduna qürbətdə də şair,Xəyyam necə aşiqdisə, gül rəngli şərabə…"
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-gozel-yurd
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Öpərkən alnından füsunlu bir yaz,Axıyor döşündən sellər, a dağlar!
Dağlara vidaƏzəldən can deyərək bu sevdalı ölkəyə,Hər qadasın aldığım sana əyan, a dağlar.
Dağlar səslənirkənEy uzaqdan gələn yolçu, böylə sapqın getmə, dur,Çox yolçular sinəmizdə etdi çapqın, getmə dur…
Dağlardan xatirələrM.K.Ələkbərliyə*Dün qarşımda nəvazişkar gülər üzlər oynadı,