Damanda qalmışam, yetiş dadıma,Özünü Xeybərə yetirən Əli!O dəm zülfüqarı çəkən zəbanə,Dinsizləri dinə gətirən Əli!

Neçə il zülfüqar nə yerdə qaldı!Neçə min ənbiya səndən dərs aldı!..Üzündə niqabı bir ərəb gəldi,Özü öz tabutun götürən Əli!

Şiə tək eyləmə Əli, Vəliyə, (?)Şahi-vilayətə, nuri-Cəlilə,İşarət eylədi göydəki günə,Günü günortadan qaytaran Əli!

Mənim pirim kövsər üstə saqıdı,Möminlərin yeri cənnət bağıdı.Qurbaninin bu gün müşkül çağıdı,Cəmi müşkülləri bitirən Əli!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq