Köç-köç oldu, köçdü ellər, obalar.Bayqudan viranda qalan canım hey!Çaylar coşdu, yollar işləməz oldu,Gəmisi girdabda qalan canım hey!

Əzəl başdan söz ustadı gələndə,Qaşı cəllad, gözü yağı gələndə,Hərdəm gözəlimin adı gələndə,Saralıb gül kimi solan canım hey!

Qurbaniyəm, fikrim gəzir asmanda,Canan harda olsa, can alar anda,Yəqub kimi qan ağlaram Kənanda,Yusif tək zindanda qalan canım hey!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri