Pəncərədən hayıl-mayıl baxan yar,Baxan dilbər məni candan eylədi.Xun ciyərim eşq oduna yaxan yar,Yaxan dilbər məni candan eylədi.

Neynirəm şəkəri, yemirəm qəndi,Ləblərin ver əmim, ürəyim yandı.Yel atdı rübəndi, sinən göründü,Sinən, dilbər, məni candan eylədi.

Qorxum yoxdu sultanından, xanından,At oxların peykan olsun canandan.Tifil Qurbaninin axan qanından, –Axan qanlar məni candan eylədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq