Gündüzün mehridi, gecənin mahı,Qüdrət üçün sirri-ilahi zülfün.Ucun tutan gedər həşri-behiştə,Möminlərin püştü, pənahı zülfün.

Şəmsi mat eylədi cəmalın şövqi,Səni görcək artdı qəmərin zövqiGöydə mələklərin səndən yox fərqi,Nurdan sənə çəkmiş külahi zülfün.

Qurbani der: Gözüm, yuxudan oyan,O min bir adı gəl etgilən bəyan,Sərasər yazılıb ayeyi-Quran,Katiblər şərh edir, ənahi-zülfün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri