Səhərin dan yeli kimi,Əsmə, qadasın aldığım!Mənim səbrü qərarımı,Kəsmə, qadasın aldığım!

Bizim bağda gül dərginən,Sıx könlünə, tel hörginən,Ağ üzdən busə verginən,Əsmə, qadasın aldığım!

Qurbani aşıiq üzünə,Qurbandı ala gözünə,Baxma yadların sözünə,Küsmə, qadan aldığım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri