Almağa gəlmişəm
Ellər köçdü yaylasına, dayandı,Sizin dağdan qar almağa gəlmişəm.Könül quşu dövr eyləyir bu dağda,Zənbur mənəm, bar almağa gəlmişəm.
Sevgilimin qaşı Kəbə küncüdü,Mən öləndə kimlər ona yöncüdü?Ağız süddü, diş dürr, dahan incidi,Sərraf mənəm, zər almağa gəlmişəm.
Başına döndüyüm, şahlarm şahı,Səni gördü gözüm, çəkmərəm ahı,Qurbani der: budu sözün kütahı,Müxtəsəri, yar almağa gəlmişəm.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-almaga-gelmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Apardı Saranı sellər...Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.