Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.

O, mahın bir parasıydı sular qoynunda qərq oldu,Qaranlıq çökdü hər yanə Muğan məhparəsiz qaldı.

Gözümdən qanlı yaş düşdü izindən lalə boylandı,Onun bağrı qaraldıqca bu gözlər qarəsiz qaldı.

Apardın Saranı, ya rəbb, məni-bimarı da öldür,Desinlər Saradan sonra bu eşq əvvarəsiz qaldı.

Kimə bir yarə dəydi gəldi Pünhanda zühur etdi,Nigaran qalmasın tanrın ki, Pünhan yarəsiz qaldı.

29 iyun, 2001

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq