Bu yeni eraya biz bir quru cannan gedirik,Amma ki, zurna-qavalnan, balabannan gedirik..

Ağ ilan üstə olan il bizə heç sərf eləmir,Çünki biz ağ yalan üstündə olannan gedirik.

Yenə korrupsiya, rüşvət şüarın əldə tutub,Təzə meydan sulayıb köhnə plannan gedirik.

Gömrüyündən təzə əsrin bizi kimdir buraxan?O səbəbdən yığışıb ayrapalannan gedirik.

Bakının torpağın arşınla satan söylədi ki,Təzə ildə təzə "Arşın mal alan"nan gedirik.

Restoran, şadlıq evi açmağa başlar qarışıb,"Göy"ə əllər alışıb, yerdəki qannan gedirik.

Məhşərin istisi dəymiş deyəsən ölkəmizə,Soyunub əynimizi təkcə tumannan gedirik.

Ağ ilan, sarı ilan, xallı ilan - fərqi nədir?Biz elə ildən-ilə gürzə ilannan gedirik.

Zamanın şahidi Pünhan sizi ümmid eləyir,Təzə minilliyə Sahibli Zamannan gedirik.

29 dekabr, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dialoq nədir

– Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?– Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.

1 dəq
Doyan bu rəhmətlik kimi olar

Neçə ildir ki, yan-yörəmi tikirlər. Uzununa tikirlər, danışmıram. Eninə tikirlər, danışmıram. hündürlüyə qaldırırlar, danışmıram. Suyumdan su, qazımdan qaz, işığımdan işıq çəkirlər danışmıram. Görürlər ki, danışmıram, deyirlər, qonşu bəlkə bir-iki metr yer verəsən özümçün maşın yolu düzəldim. Üzünə baxıb, susuram. Yenə danışmıram. Mənim susmağım daim dərdli olduğumdandır. Mənim dərdim, Qarabağın olmadığındandır, gəlin-qızlarımızın ermənidə əsir olduğundandır. Amma gecə-gündüz yorulmadan tikən, genişləndirən, bağ salan bu adamlarda bu qədər həvəs, fərəh hardandır bilmirəm. Bu yaxınlarda ev tikən yerdə bir qonşumun başına beton düşüb, öldü. Təbii ki, mən də yasa getmişdim. Ölü qalmışdı bir yanda, qonşular yer üstdə böyük mübahisəyə çıxmışdılar. Biri o birinin evinin üstündə ev tikmək istəyirdi, bu qoymurdu. O biri onun altında nə isə tikmək istəyirdi o qoymurdu. Mən də hamının üzünə baxa-baxa dinləyirdim. Amma danışmırdım.Söhbətin bir yerində dözə bilməyib qonşularımdan birinə dedim: "Ay qonşu, bu qədər ki, tikirsən doymursan bəyəm?". O mənə belə dedi: "Günlərin bir günü iki mollanı birlikdə qonşu kəndə yas yerinə çağırırlar. Onlar yası yola verib qurtarana yaxın başqa bir yas yeri də çıxır. Faytona minib ora gedirlər. Orda da xəbər gəlir ki, o biri kənddə Quran taşpırmaq lazımdır. Yeməkdən gücnən tərpənən mollalar bu yeri də əldən vermirlər, gedirlər. Və, nəhayət, gecədən xeyli keçmiş faytonla öz kəndlərinə qayıdırlar. Faytonçu mollaların fısıltısına qulaq asa-asa xırda-xırda faytonu sürür.

2 dəq
Sual-cavab

– Fransız qızları ilə azəri qızlarının geydiyi yubkalarda fərq nədədi?– Fransız qızları razrezli yubkalar geyir, azəri qızları isə yubkasız razrezlər.

1 dəq
Arvad eşidər

Həcc ziyarətindən qayıdan bir nəfərin yanına dostu təbrikə gələndə ondan belə bir şey soruşur:– Hacı, deyirlər orda Həcəri öpmək hər adama qismət olmur. Sən onu öpə bildinmi?

1 dəq

Başqa şairlərin şeirləri