Üç ay yay dolanıb payız olanda,Məst olub sığışmır budağa alma.Lalədən, qönçədən artıq deyilsən,Versənə nəfsinə qadağa, alma!

Səni yaradıbdı Cəlilü Cabbar,Hüsnün kitabının adı kirdigar,Özü xırdacana, dənəsi gülnar,Narnan düzüləydin otağa, alma!

Sən ha Qurbaninin canın üzərsən,Qaş oynadıb, gözlərini süzərsən,Adətindi, əldən-ələ gəzərsən,Yoxdu sana qoruq-qadağa, alma!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar