Rahətim yoxdur mənim, ol rahəti-can barğalı,Qalubəm bican mən, dilxəstə canan barğalı.

Lalə qandur, ğönçə peykan, gül tikən, şümşad ox,Gülşəni-çeşmimdən ol sərvi-xuraman barğalı.

Barğalı canan gözümdən qanın axar könlümün,Xanə xakir yandurur sövgülü mehman barğalı.

Xansı yanı getti ol ahuyi-vəhşi, ey könül,Gəl ki, sora-sora bir daxı həm ol yan barğalı.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gəl ki, sənsiz Kişvərini daği-hicran öldürür,Ğörə yetməz kimsənin hiç kimsə sultan barğalı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar