Bivəfasan, gərçi səndən dilrüba yoxdur kişi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Bivəfasan, gərçi səndən dilrüba yoxdur kişi,Dilrübalar içrə səndən bivəfa yoxdur kişi.
Bəxti-bəd qoymaz ki, səndən hacətim bulğay rəvaMən təki bədbəxtü hacət narəva yoxdur kişi.Xubilər bəzmidə çəngi-köhnə tək məndən betər,Rişteyi-cani pozulmuş biynəva yoxdur kişi.
Sordum əhvalım təbibi-eşqidən, verdi cəvabKim, sana ölməkdən özgə heç dəva yoxdur kişi.
Həlqeyi-zülfi anun dami-bəladur, Kişvəri,Ol bəla damində səndən mübtəla yoxdur kişi.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-bivefasan-gerci-senden-dilruba-yoxdur-kisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəstə canım gözlərün avarəsidür, dustum,Tiləb könlum ləblərün meyxarəsidür, dustum.
Ey əzəldən eşqün ilən əhdü peymanım mənimEy əzəldən eşqün ilən əhdü peymanım mənim,Ta əbəd sevdayi-zülfin munisi-canım mənim.
Vəh ki, boldum sənsizin avarə, bilmən neyləyimVəh ki, boldum sənsizin avarə, bilmən neyləyim,Qalmışam biçarəvü bir çarə bilmən, neyləyim.
Ol ki, verür canü canan yüzüni görməz mənəmOl ki, verür canü canan yüzüni görməz mənəm,Ol ki, tartar dərdü dərman yüzini görməz mənəm.