Vəh ki, boldum sənsizin avarə, bilmən neyləyim,Qalmışam biçarəvü bir çarə bilmən, neyləyim.

Zərrəyi-sərgəştə mən, sən afitabi-övci-hüsn,Zə’fliqdən qulluğuna varə bilmən, neyləyim.

Aşiq olan müddəinün minnətin çəkmək gərək,Vəh ki, mən hər nakəsə yalvarə bilmən neyləyim.

Ğönçəyanlıq könlüm oldi qan, ləbaləb hicrdin,Lalə tək bağrımdurur yüz parə, bilmən, neyləyim.

Xəlq der ki, ol vəfasızdur, bir özgə yar dut,Ağrımaz barmağa əski sarə bilmən, neyləyim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvərinün başına səndən gəlürsə yüz bəla,Hökmi-sultandur, anı qaytarə bilmən, neyləyim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq