Ta ki, boldum aşiina bu arizi güllər bilə,Naləvü əfğandur işim zari-bülbüllər bilə.

Xatiri aşüftəvü fikri pərişanlığdurur,Kim ki, boldi yar bu aşüftə kakillər bilə.Zülfü yüzün həsrətindən xanda kim, ağlar gözüm,Dəstə-dəstə gül bitər, hər yanı sünbüllər bilə.

Ruzigarın möhnətidən yox idi dərdim, vəli,Sən həlak etdin məni türlü təğafüllər bilə.

Bitəhəmmül bolma, ey dil, hicrara kim, əhli-eşq,Vəslə irmişlər, vəli yüz min təhəmmüllər bilə.

Ləblərin yadi bilən hərdəm budur sən xuni-dil,Badeyi-gülgün içərmən bu tənəffüllər bilə.

Ətləsü səncabi-şahiddən keçüb qul Kişvəri,Zari-cismin örtüb uş külxənara küllər bilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq