Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir,Ta olasan afəti-dövri-zaman üç gündə bir.

Mən səni çoxdan sevərdim, bilməmişsən, ey pəri,Öldürür aşiqini verməz aman üç gündə bir.

Çar əbru dilbəri sevdim, ğərəz qucmaq dəgil,Mərhaba etsin bizimlə tək haman üç gündə bir.

İki cahan hörmət içün sufi gəlsin can ilə,İçəlim ləli-şərabi-ərğəvan üç gündə bir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey günəş yüzlü, yüzün göstər Xətai bəndənə,Nur ilə dolsun zəminü asiman üç gündə bir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq