Gəldi sürahi məclisə, rəf eyləmiş niqab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gəldi sürahi məclisə, rəf eyləmiş niqab,Nur eylədi bu məclisi-zərrinpər afitab.
Manəndi-cami-Xızr nəbidir misal ilən,Abi-həyat içindəki can bəxş edən şərab.
Qül-qül deyər mütariyə, yəni di gəl, di gəl,Baş endirir piyaləyə kim, qılma ictinab.
Məşuqi-sərvqamətü məhbubi-simtən,Tavusi-rovzə cilvə qılır, çıxmış əz-hicab,
İçmiş şərabi-ləl çü sərxoş öpər əyağ,Nəql eyləməkdə canü cigərdən dilər kəbəb.
Ayineyi-Sikəndərü həm cami-Cəm budur,İzhar edər cahani, qılur şeyxi çün şəbab.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hər yerdə kim, otura Xətai, o hurivəş,Göydə məlayik oxuyə: "ya leytəni turab".
Kitabxana.az · https://kitabxana.az/works/xetai-geldi-surahi-meclise-ref-eylemis-niqab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mana cövrü cəfa qılmaq, deyil cananələrdəndir,Yaman yoldaşilən yar olma ki, nadanələrdəndir.
Məclis əhli çaxır içəndə dutar əldə əyağMəclis əhli çaxır içəndə dutar əldə əyağ,Sanəsən bir şəmdir kim üstə yanır bir çırağ.
Mənəm bir tən və leykin can onundurMənəm bir tən və leykin can onundur,Ki, hər kim can qıyar canan onundur.
Mənim ol, suvlu yarım gəldi xoşdurMənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.