Gərçi gün xoşdur, vəli rüsxarın ondan yaxşıdır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gərçi gün xoşdur, vəli rüxsarın ondan yaxşıdır,Ay dəxi taban durur, didarın ondan yaxşıdır.
Nafeyi-müşki-Xütən gərçi müəttərdir, vəli,Ey sənəm, ol xali-ənbərbarın ondan yaxşıdır.
Nəqşi-tavus istəmən ondan camalın yey durur,Ləfzi-tuti dinləmən göftarın ondan yaxşıdır.
İstəmən firdövs bağinin güli-xoşbusini,Dünya bağında güli-rüxsarın ondan yaxşıdır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai qatinə kim, qıldılar tərifi-müşk,Çin-bəçin ol zülfi-müşkinbarın ondan yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-gerci-gun-xosdur-veli-ruxsarin-ondan-yaxsidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Yaxşidür (Gör nədən yaratdi yaradan bəni)Gör nədən yaratdı yaradan bəni,Şöhrət üçün ay günəşi yaxşidur.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,