Gördüm yüzüni, ey sənəm, billah ki, xoş cananədir,Manəndi yoxdur hüsninin qiymətli bir dürdanədir.

Pənd nəsihət tutmadın, neyçün könül verdin ona,Billah cəzadır, ey könül, hicran oduna yanədir.

Yüzün çü mahi-bədrdir, yeldası zülfin sayəsi,Məst aşiqləri eyləyən ləli-ləbin peymanədir.

Yüz göstəribən aləmə, neyçün açırsan vəchini,Dilbər yüzü fitnə deyil, sor ey könül, aya nədir?

Ol dilbərin rüxsarına, verdi Xətai könlünü,Ah ilə tab oldu işim ol şəminə pərvanədir.

Könül, şad ol ki, canan gəldi, derlər,Bu mürdə cisminə can gəldi, derlər.

Şikayət eyləmə sən hicr əlindən,Sənin dərdinə dərman gəldi derlər.

Bu zülmət cövrini çox çəkdi bülbül,Bahar irdi gülüstan gəldi, derlər.

Qarınca bağladı bel xidmətinə,Əsən yellər Süleyman gəldi, derlər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai, can fəda dustun yoluna,Bu gün dust sanə mehman gəldi, derlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq