Dilbarə, şəmsüz-zühadür şöleyi-rüsxariniz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dilbəra, şəmsüz-zühadür şöleyi-rüxsariniz,Ayəti-Tahavü Yasin surəti-didariniz.
Qamətin Tuba durur, Nun vəlqələmdir qaşların,"Hazihi-cənnatü ədnin" ləli-şəkərbariniz.
Surəyi-Vəlleyl zülfin, gözlərin "nəmülbəsər",Leyk "sübhanəlləzi, əsra" durur əsrariniz.
Sureyi-Təviz oxurmən, dəmbədəm ixlas ilən,Ta ki, hüsnini bəladən saxlasun cəbbariniz.
Məqtə — şairin təxəllüsü olan son beyt. "Qüll-kəfa" billah-durur, zikri Xətai xəstənin,Həq bilür kim, "sümmə vəchüllah"dir, didarınız.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-dilbera-semsuz-zuhadur-soleyi-ruxsariniz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aşiq isən gəl bərü, kim, cani-canan məndədir,Zahida, sən xandasan, kim, nuri-iman məndədir.
Aşiq odur kim, sözü canü dililə yar birAşiq oldur kim, sözü canü dililə yar bir,Bir durur aşiq əzəldən sevgili dildar bir.
Badi-sübh əz suyi-məşriq afitab almış gəlürBadi-sübh əz suyi-məşriq afitab almış gəlür,Ğaliba yarın cəmalından niqab almış gəlür.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!