Badi-sübh əz suyi-məşriq afitab almış gəlür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Badi-sübh əz suyi-məşriq afitab almış gəlür,Ğaliba yarın cəmalından niqab almış gəlür.
Aşiqi-dilxəstədən dəf süda etmək dilər,Sünbülündən dilbərin buyi-gülab almış gəlür.
Gözlərin dövründə məst oldu ləbin çahin görüb,Zahidi meyxanədən gördüm şərab almış gəlür.
Sufiyi-biçarə həm halın görüb ol zahidin,Söhbətin gərm etməyə çəngü rübab almış gəlür.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hər kişi almış gəlür, anın ğəmindən bir nəsib,Bu Xətai çeşmi-pürxun, dil kəbab almuş gəlür.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-badi-subh-ez-suyi-mesriq-afitab-almis-gelur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cana, ğəmində gözlərimə su gəlür, gedər,Seyl oldu, daşdı, şimdi bəhər su gəlür, gedər.
Cana, sənin camalını can afitab oxurCana, sənin camalını can afitab oxur,Hüsnün kitabi-şərhini ümmülkitab oxur.
Cahü dilmi qoymuşam yolunda mən ey dilrübaCanü dilmi qoymuşam yolunda mən ey dilrüba,Taki uyxuda görər mən sən təki bir məhliqa.
Can olmaz isə, sən təki canan yetər manaCan olmaz isə, sən təki canan yetər mana,Vəslin bu xəstə könlümə dərman yetər mana.
Başqa şairlərin şeirləri · Eşq
Nigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməzNisbət sənə’ ey şux, Züleyxa ola bilməz,Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.