Cana, ğəmində gözlərimə su gəlür, gedər,Seyl oldu, daşdı, şimdi bəhər su gəlür, gedər.

Vəsl olmaz isə yüzünü görmək mənə müdam,Kuyindən, ey sənəm, mənə bir bu gəlür, gedər.

Bixab qaldı kövkəbə nisbət bu gözlərim,Hər gecə özgə gözlərə uyxu gəlür, gedər.

Ta görmədi gözüm səni, ey sərvboylu yar,Sənsiz həmişə gözlərimə cu gəlür, gedər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Miskin Xətai görmədi çeşmin kimi sənin,Səhra içində munca ki, ahu gəlür, gedər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri