Cana, könüldə həmdəm olan qəm durur mana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Cana, könüldə həmdəm olan qəm durur mana,Gör kim, fəraq evində nə həmdəm durur mana.
Ancaq yüzün görəndə sənin can degil məlul,Zülfin kimi könül dəxi bərhəm durur mana.
Dil təşnə olsa vadiyi-hicrində qəm yemən,Ləlin zülali çeşmeyi-Zəmzəm durur mana.
Neyçün sevərdi xəstə dil, ey bivəfa, səni,Bu çox bəla ki, hicrin edər kəm durur mana.
Miskin Xətai vəsl ilə yüz il yaşar, müdam,Bu ömr kim, zəmanədə bir dəm durur mana.
Ey cəmalın gülstani-baği-minudur mana,Cənnəti-rizvan ki, derlər ol səri-kudur mana.
Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan,Gecə-gündüz ağlamaq eşqində xoş xudur mana.
Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm,Bu cəfaləri qılan ol yari-məhrudur mana.
Gecələr ta sübh olunca uyxu gəlməz eynimə,Ta xəyalın daima çeşmimdə qarşudur mana.
Məqtə — şairin təxəllüsü olan son beyt. Onca yaş tökdi Xətai firqətindən, ey sənəm,Xancaru baxsam gözümdə yer yüzü sudur mana.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-cana-konulde-hemdem-olan-qem-durur-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey pəri, hüsnin sənin cani-cahandan yaxşıdır,Bəlkə, ancaq can deyil, canü cahandan yaxşıdır.
Ey sənəm, eşqində hərdəm bu könül bimardırEy sənəm, eşqində hərdəm bu könül bimardir,Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.
Ey sənəm, neyçün sənin vədən xilaf olmuş dururEy sənəm, neyçün sənin vədən xilaf olmuş durur?Mehrin az olmuş, vəli, qəhrin kəzaf olmuş durur?
Eylədim bünyad əvvəl bəndə az nami-xudaEylədim bünyad əvvəl bəndə əz nami-xuda,Ol yaratmış sərvəri-mərdan Əliyyül-Mürtəza.
Başqa şairlərin şeirləri · Eşq
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Məndən(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
Xosrov və Şirin, fəsil 71Tovuza bənzəyən o afəti-canŞəkər tüngün açdı ləl sandığından.
Kim varıb kuyinə ol qaməti-rənayə baxarKim varıb kuyinə ol qaməti-rənayə baxar,Elə bilsin ki, girib cənnətə, tubayə baxar.