Ey sənəm, neyçün sənin vədən xilaf olmuş durur?Mehrin az olmuş, vəli, qəhrin kəzaf olmuş durur?

Könlümü eşqin ayıtdı, kim, xilas olmaz müdam.Aləmə ondan ki, əmri "nunü kaf" olmuş durur.

Surətin Əlhəmdurur, vəsfi-cəmalın Vəzzüha,Çün sifatın sureyi-Quranda Qaf olmuş durur.

Abi-kövsərdir dodağın, baği-cənnətdir yüzün,Kim mənə ləlin şərabi cami-saf olmuş durur.

Mən neçün hicrində vəslin ləzzətindən kam alam,Vəslin ilən hicrinin işi məsaf olmuş durur.

Ey könül, qıldın səfər, əzmi-təvəkkül pişə qıl,Kim pənah etmək bizə, həqdən kifaf olmuş durur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Cövrü qəhrinin yolundan ey Xətai, dönməgil,Gər məqami ol pərinin kuhi-Qaf olmuş durur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran