Qəza yazıb sərimə eşq o gülzara, gözəl
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qəza yazıb sərimə eşq o gülzara, gözəl,Səbəb odur, ciyərim oldu para-para, gözəl!
O nazü qəmzə ilən baxmağın salıb dərdə,İnsaf eylə, məni salma ahü zara, gözəl!
Bu dərdin öldürər axır qəribə canımı bəs,Mürüvvət et, sinəmə vurma bir də yara, gözəl!
Bu didəmin qəzalısan, ey ahuyi-didətər,Səyyadınam, təzədən gəlmişəm şikara, gözəl!
And olsun canuva, gər məndən məhəbbət kəssən,Başımı alıb gedərəm ayrı bir diyara, gözəl!
Görmə rəva, çəkirəm aruziyi-didarın,Lən eyləyim bu zaman mən bu ruzigara, gözəl!
Məqtə — şairin təxəllüsü olan son beyt. Eşitsən ərzini sən gər bu Novrəs İmanın,Müştaqıdır gözüm ol gözün, bəs nədir ki çara, gözəl!?
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-qeza-yazib-serime-esq-o-gulzara-gozel
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Gel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Amandır toxunma qəlbimə qafilAmandır toxunma qəlbimə qafil,Yandırıb sinəmi söz asta-asta.
Oy oda məniMən qürbətin qucağında yatıram,Bir kimsənəm yoxdu, oyada məni.
AğlaramBir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.