Mən qürbətin qucağında yatıram,Bir kimsənəm yoxdu, oyada məni.Yavaş – yavaş qəm gölündə batıram,Harda yaxaladı oy, qada məni!?

Tor görür gözlərim, gəzə bilmirəm,Dərdimi vətənə, yaza bilmirəm,Arvadın cəbrinə dözə bilmirəm,Didir, parçalayır, oy, o da məni.

Qul Heydərəm, bir il qürbətdə qalan,Yurdu talan olan, eli dağılan.Şamu - səhər bu Mərənddə ağlayan,Zalım fələk salıb, oy, oda məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran