Qarış, - qarış el obanı dolandım,Oxudum, öyrəndim, heç nə bilmədim.Qərib kimi düşdüm dildən - dillərə,Gədalarda insaf – mürvət görmədim.

Duman - çiskin basıb o Güney dağı,Qan ağlayır Ağbabanın torpağı.Daha dalğalanmır Türkün bayrağı,Tutuldu gözlərim, deyib gülmədim.

Xan yurdunda tülkü - çaqqal ulayır,Xoruz kürkə yatır, toyuq banlayır.Mən yazığı gədə - güdə danlayır,Görən niyə mən irəldən ölmədim?

Gədalar ağa olub çıxdılar taxda,Ulağın başına saldılar noxta.Bu dövranda hər şey olsa da saxta,Dar ayaqda, dediyimdən dönmədim.

Heydər der: ağamdan dağ gücü aldım,Millətin qəlbində daim ucaldım.Vədə çatdı, vaxt yetişdi, qocaldim,Oxudum, öyrəndim, heç nə bilmədim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən