Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldımSevdiyimin sevdası getməz başımdan,Ağızda söylənən dillərdə qaldım

Bir kimsəm yox, soruşub halımı bilə,Ağlayan gözümün yaşını silə,Qorxuram ki düşmənlər üstümə gülə,Hayıf olsun bu dəmdə ellərdə qaldım

Görürmü Mövlam bu əsli xanı,Yoluna qurban qoymuşam bu canı,Tərk eylədim qövm və qardaş vətəni,Dağlarda daşlarda çöllərdə qaldım

Dərdli Məhəmməd aydır, olamaz oldum,Ağlayan gözümü siləməz oldum,Yalançı dünyada güləməz oldum,Göz yaşımdan yığışan göllərdə qaldım

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Hicran